• 29 Yanvar 2023
logo
Hindistanda evin uçması nəticəsində 11 nəfəri ölüb

Hindistanda evin uçması nəticəsində 11 nəfəri ölüb

Hindistanın Mumbay şəhərində ikimərtəbəli evin çökməsi nəticəsində 11 nəfər ölüb, azı 7 nəfər yaralanıb.

APA “NDTV” telekanalına istinadən xəbər verir ki, dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
Polis və yanğınsöndürənlər hadisə yerin cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

Yaxınlıqdakı qəzalı vəziyyətdə olan üçmərtəbəli binadan insanlar təxliyə edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

“Times of India”nın məlumatına görə, hadisəyə güclü yağışlar səbəb ola bilər.