• 28 Yanvar 2023
logo
Çində COVID-19-a qarşı vurulan vaksinlərin sayı 800 milyon dozanı ötüb

Çində COVID-19-a qarşı vurulan vaksinlərin sayı 800 milyon dozanı ötüb

Çin əhalisinin yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyası çərçivəsində 800 milyon dozadan çox peyvənd tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının məlumatında bildirilib.
8 iyun 2021-ci il tarixinə olan göstəriciyə əsasən ölkənin 31 əyalətində ümumilikdə 808 962 000 doza peyvənd vurulub.

Qeyd edək ki, Çində yeni növ koronavirus əleyhinə kütləvi vaksinasiyaya ötən ilin 15 dekabrında başlanılıb.