• 28 Yanvar 2023
logo
"Sotheby's" hərracında dünyanın ən bahalı markası satılıb

"Sotheby's" hərracında dünyanın ən bahalı markası satılıb

"Sotheby's" hərracında dünyanın ən bahalı markası "Britaniya Qvianası" satılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, marka 8,3 milyon dollara dünyanın ən qədim filateliya dileri olan "Stanley Gibbons" şirkəti tərəfindən alınıb.

Məlumata əsasən, "Stanley Gibbons"un aldığı yeni marka şirkətin Londonun Strend küçəsindəki flaqman mağazasında nümayiş etdiriləcək.