• 16 Aprel 2024
logo
Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, NATO Türkiyənin Suriyanın şimalındakı vəziyyətdən narahatlığını başa düşür: “Biz terroçuluqla birgə mübarizə aparacağıq”.
Y.Stoltenberq onu da əlavə edib ki, NATO üzv ölkələrinin PYD/YPG ilə bağlı vahid mövqeyi yoxdur.