• 16 İyul 2019
logo
add image
Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb. Trend-in məlumatına görə, bu səbəbdən hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.
Məlumata görə, məntəqədə hərbi sursatlar yanır.
Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.
Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.