• 27 İyul 2024
logo
Pakistanda qatarlar toqquşub, 25 nəfər ölüb

Pakistanda qatarlar toqquşub, 25 nəfər ölüb

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən az 25 nəfər ölüb.

Bu barədə "Associated Press" agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərində baş verib. Qatarlardan biri relsdən çıxıb və ikinci sərnişin qatarının üstünə çırpılıb.

Hələki hadisənin səbəbləri barədə təfərrüatlar verilməyib.