• 29 Yanvar 2023
logo
Peruda prezident seçkilərində Keyko Fuximori qalib gəlir - exit-poll

Peruda prezident seçkilərində Keyko Fuximori qalib gəlir - exit-poll

Peruda prezident seçkilərində sağ "Xalq Gücü" partiyasının sədri Keyko Fuximori qalib gəlir.

Trend-in məlumatına görə, bu barədə "Ipsos" sosioloji xidməti tərəfindən hazırlanan "exit poll" məlumatlarında göstərilib.

İlkin məlumatlara görə, K.Fuximori 50,3 faiz səs toplayıb. Onun rəqibi, "Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyoya 49,7 faiz seçici səs verib.