• 28 Yanvar 2023
logo
Ermənistanda son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

Ermənistanda son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma halı qeydə alınıb.

APA-nın Ermənistan Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 050 nəfərə çatıb.
Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4448 nəfərdir.