• 28 Yanvar 2023
logo
Çində sərnişin qatarı 9 nəfəri vuraraq öldürüb

Çində sərnişin qatarı 9 nəfəri vuraraq öldürüb

Çinin Uyğur Muxtar Vilayətinin inzibati mərkəzindən - Urumçi şəhərindən Zejianq əyalətinin Hançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.

APA Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 dəmir yolu işçisi dünyasını dəyişib.
Hadisə Qansu vilayətinin Jinçanq mahalında yolun 401 kilometrliyində qeydə alınıb.

Qataraın tam sürətlə hərəkət etdiyi bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.