• 28 Yanvar 2023
logo
Boris Conson koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub

Boris Conson koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa qarşı "AstraZeneca" şirkətinin istehsal etdiyi vaksinin ikinci dozasını vurdurub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın hökumət rəhbərinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, B.Conson peyvəndin ikinci dozasını Londonun mərkəzindəki Kinq-Kross dəmiryolu stansiyasının yaxınlığında yerləşən Frensis Krik adına İnstitutda vurdurub.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri koronavirusa qarşı peyvəndin ilk dozasını martın 19-u müqəddəs Tomas xəstəxanasında vurdurmuşdu.