• 9 Fevral 2023
logo
"Windows" əməliyyat sisteminin yeni versiyası təqdim olunacaq

"Windows" əməliyyat sisteminin yeni versiyası təqdim olunacaq

ABŞ-ın “Microsoft” şirkəti 24 iyun tarixində “Windows” əməliyyat sisteminin (ƏS) yeni versiyasını təqdim etməyə hazırlaşır.

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin icraçı direktoru Satya Nadella tərəfindən imzalanmış təqdimat mərasiminin dəvətnamələrində qeyd olunub.
Məlumata görə, yeni proqram təminatı fərdi kompüterlər üçün əməliyyat sistemləri sahəsində onilliyin “ən əhəmiyyətli” dəyişikliklərindən birini özündə əks etdirir. Əməliyyat sistemində dizayn yenilənəcək, “Microsoft Store” tətbiqlər mağazasında tərtibatçılar üçün əlavə imkanlar yaradılacaq və istifadəçilərin qarşılıqlı əlaqəsi üçün daha asan yollar təqdim olunacaq.

Proqram əvvəlcə “Windows” insayderləri arasında – təqdimatdan sonra proqram testində iştirak etmək üçün müraciət edəcək insanlara paylanılacaq. “Bloomberg” qeyd edir ki, yeni versiya bu ilin payızında bazara çıxacaq.