• 1 İyul 2025
logo
Rusiyalı kosmonavtlar açıq kosmosa çıxıb

Rusiyalı kosmonavtlar açıq kosmosa çıxıb

Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən rusiyalı kosmonavtlar Oleq Novitski və Pyotr Dubrov açıq kosmosa çıxıb.

Trend-in məlumatına görə, onlar köhnə "Pirs" modulunu stansiyadan ayrılması üçün hazırlayacaq.

"Pirs" modulu 2001-ci ildə BKS-ə qoşulub. Onu iyul ayında "Nauka" modulu əvəz edəcək.

Kosmonavtların açıq kosmosda işi 6 saat 50 dəqiqə davam edəcək.