• 9 Fevral 2023
logo
Səudiyyə Ərəbistanının Azərbaycandakı törəmə müəssisəsi ləğv olunub

Səudiyyə Ərəbistanının Azərbaycandakı törəmə müəssisəsi ləğv olunub

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti Azərbaycandakı törəmə müəssisəsi "Aramco Overseas Company Azerbaijan" MMC şirkətinin ləğv olunduğunu bildirib.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, ləğvolunma ilə bağlı kreditorlar öz tələblərini iki ay müddətində irəli sürə bilər.

Xatırladaq ki, Aramco Overseas Company Azerbaijan" MMC 2018-ci ildə 10 min avro nizamnamə kapitalı ilə təsis olunmuşdu.