• 2 İyul 2025
logo
Rusiyanın daha bir aviaşirkəti Novosibirskdən Bakıya uçacaq

Rusiyanın daha bir aviaşirkəti Novosibirskdən Bakıya uçacaq

Rusiyanın "S7 Airlines" şirkəti Novosibirskdən Bakıya birbaşa uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Novosibirsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 2-də Bakı vaxtı ilə saat 08:35-də yerinə yetiriləcək, əks istiqamətdə isə təyyarə saat 14:05-də havaya qalxacaq. Uçuşlar həftədə bir dəfə – III günlər yerinə yetiriləcək.
Hava limanından həmçinin bildirilib ki, Rusiyanın "Ural Airlines" aviaşirkəti bu gündən etibarən Novosibirsk-Bakı aviareysi üzrə uçuşlara başlayacaq: "Novosibirskdən Bakı istiqamətində təyyarə Bakı vaxtı ilə saat 15:35-də havaya qalxacaq, əks istiqamətdə isə uçuş 20:55-də həyata keçiriləcək. Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək".