• 7 Oktyabr 2022
logo
Rusiyanın ilk internet xəbər resurslarından biri fəaliyyətini dayandırıb

Rusiyanın ilk internet xəbər resurslarından biri fəaliyyətini dayandırıb

Rusiyanın məşhur “newsru.com” xəbər portalı fəaliyyətini dayandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiyanın ilk internet xəbər resurslarından biri olan “newsru.com” fəaliyyətini iqtisadi səbəblərdən dayandırdığını açıqlayıb.
“Biz iqtisadi səbəblərdən işimizi dayandırırıq. Buna məhz ölkəmizdəki siyasi vəziyyət səbəb olur. 2014-cü ildən sonra aydın oldu ki, təkcə coğrafiya və xarici siyasət deyil, daxili iqtisadiyyat da kökündən dəyişir”, - deyə saytın redaksiyasının məlumatında vurğulanıb.

21 il fəaliyyət göstərən “newsru.com” saytının arxivinin açıq qaldığı bildirilib.