• 30 Noyabr 2021
logo
Bəşər Əsəd Suriyada prezident seçkilərində qalib gəldi

Bəşər Əsəd Suriyada prezident seçkilərində qalib gəldi

Suriya Xalq Şurasının (parlamentinin) sədri Hammuda Sabaq Ərəb mayın 26-da keçirilən ölkə prezidenti seçkilərində səsvermənin nəticələrini açıqladı.

Bunu parlament sədri Dəməşqdə keçirilən mətbuat konfransında deyib.

H.Sabaq bildirib ki, hazırkı prezident Bəşər Əsəd seçicilərin 95,1% -nin dəstəyini alaraq seçkilərdə qalib gəldi:

"Seçici fəallığı 78 faiz, 14 milyondan çox vətəndaş öz iradəsini ifadə edib".