• 3 Dekabr 2021
logo
Yaponiya fövqəladə vəziyyət rejimini 9 prefekturada uzadıb

Yaponiya fövqəladə vəziyyət rejimini 9 prefekturada uzadıb

Yaponiya hökuməti koronavirusla əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini Tokio da daxil olmaqla 9 prefekturada iyunun 20-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın İqtisadiyyatın bərpası üzrə naziri Yasutosi Nisimura ekspert komissiyasının iclasında jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bir neçə bölgədə yoluxma sayı azalsa da, yeni yoluxma hallarının göstəricisi yüksək olaraq qalır:

"Səhiyyə sisteminə düşən yük, eləcə də yeni koronavirus ştammlarının yayılma riski olduğu kimi qalır. Bu baxımdan yeni infeksiya dalğasının qarşısını almaq üçün fövqəladə vəziyyətin iyunun 20-dək uzadılması zərurəti yarandı".

Fövqəladə vəziyyət rejimi Tokio, Osaka, Kioto, Hyoqo, Fukuoka, Ayti, Hiroşima, Okayama və Hokkaydoda fəaliyyət qüvvədə qalacaq.