• 7 Dekabr 2021
logo
İranda ötən sutka koronavirusdan 165 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 165 nəfər ölüb

İranda ötən sutka ərzində 165 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 79 384 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 994 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 875 858 nəfərə çatıb. Virus daşıyıcılarından 4 475 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 396 540 nəfər koronavirusdan sağalıb, 19,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 3,49 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 8 şəhər qırmızı və 233 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 207 şəhər sarı zona hesab olunur.