ABŞ dövlət katibi Entoni Blinken Qüdsə gedir.
Bu barədə dövlət katibi "Twitter"də bildirib."Prezident Baydenin göstərişi əsasında tərəflərlə görüşmək, atəşkəsi möhkəmləndirmək səylərini dəstəkləmək üçün Qüds, Ramallah, Qahirə və Ammana gedirəm", - dövlət katibi qeyd edib.
Onun sözlərinə görə, ABŞ döyüş əməliyyatlarına son qoymaq və gərginliyi azaltmaq üçün intensiv diplomatik addımlar atıb.