• 2 Oktyabr 2022
logo
Gürcüstanda son sutkada koronavirusa 388 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 388 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 388 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 337 961, xəstəlikdən ölənlərin sayı isə 4 639 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 319 956 nəfərin sağaldığı bildirilir.