• 28 Sentyabr 2022
logo
İran “Qəzza” adlı PUA-nı təqdim edib

İran “Qəzza” adlı PUA-nı təqdim edib

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 3 strateji hərbi məhsulun təqdimatını keçirdib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimində SEPAH-ın komandanı general-mayor Hüseyn Səlami iştirak edib.

Təqdimat mərasimində ilk olaraq “Qəzza” adlı super-ağır və geniş gövdəli pilotsuz uçuş təyyarəsi (PUA) təqdim olunub. Bildirilib ki, təyyarə 35 saat müddətində havada qalır, müşahidə, döyüş və kəşfiyyat əməliyyatları həyata keçirir. PUA 13 bomba daşıma, 2 min km məsafədə əməliyyat keçirmə gücünə malikdir.

Bundan başqa, “9 dey” zenit-raket kompleksi təqdim olunub. Zenit-raket kompleksi kruz raketlərini, döyüş təyyarələri və pilotsuz uçuş təyyarələrini məhvetmə gücünə malikdir.

Üçüncü məhsul isə “Qüds” kiçik radar sistemidir.