• 30 Sentyabr 2022
logo
Fransada maska rejiminin ləğvi planlaşdırılmır

Fransada maska rejiminin ləğvi planlaşdırılmır

Fransa hökuməti ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan maska rejimini iyunun sonunadək aradan qaldırmağı planlaşdırmır.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə maskadan imtina yoluxma sayının yenidən artmasına və xəstəxanalarda yerlərin dolmasına gətirib çıxara bilər.

E.Makron əlavə edib ki, koronavirus yayılmaqda davam edir və əhalinin böyük əksəriyyəti peyvənd olunmayıb.