• 6 Oktyabr 2022
logo
İranda koronavirusa yoluxanların sayı 2,8 milyonu keçib

İranda koronavirusa yoluxanların sayı 2,8 milyonu keçib

İranda ötən sutka ərzində 229 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 77 994 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 12 428 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 804 632 nəfərə çatıb. Virus daşıyıcılarından 5 081 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 290 613 nəfər koronavirusdan sağalıb, 18,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 2,80 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2,36 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 439 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 3 şəhər qırmızı və 262 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 183 şəhər sarı zona hesab olunur.