• 7 Dekabr 2021
logo
İranda ötən sutkada 233 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 233 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində233 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.

Bununla da öılkədə bu virusdan ölənlərin sayı 77 765 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 12 789 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 792 204 nəfərə çatıb.