• 17 Aprel 2024
logo
Bərzanidən Kremlə: Onları türklərdən qoruyun!

Bərzanidən Kremlə: Onları türklərdən qoruyun!

İraq Kürd Muxtariyyətinin hakimiyyəti Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova müraciət edərək, Rusiyadan Suriyadakı kürdlərin təhlükəsizliyinin təmin olunmasını istəyib.
Bu barədə Kürdüstan Demokratik Partiyasının rəhbəri və muxtariyyətin keçmiş lideri Məsud Bərzaninin bəyanatında bildirilib.
“Partiya lideri Rusiya Xarici İşlər nazirinə Suriya kürdlərinin gələcəyi ilə bağlı narahatlığını ifadə edib və Rusiyadan bu xalqın Suriyadakı əzablarının qarşısının alınmasında rol oynamasını istəyib”, - bəyanatda deyilib.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq üçün əməliyyata başlayacaq.