• 20 Aprel 2024
logo
ATƏT-in baş katibi Ukraynaya səfər edəcək

ATƏT-in baş katibi Ukraynaya səfər edəcək

ATƏT-in Baş katibi Helqa Şmid Ukraynaya səfər edəcək.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə bu barədə Baş katibBerlin Təhlükəsizlik Konfransında bildirib.
"Kiyevdə siyasi rəhbərliklə danışıqlar aparmaq, nümayəndəliyimizlə, o cümlədən ölkənin şərqdəki müşahidəçilərimizlə görüşmək üçün gələn həftə Ukraynaya səfər edəcəyəm", - deyə Baş katib söyləyib.

H. Şmid əlavə edib ki, qarşıdakı aylarda Rusiyaya da səfəri planlaşdırılır.