• 28 Mart 2024
logo
Koronavirusdan sağalan Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb

Koronavirusdan sağalan Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb

Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, dünən müalicə aldığı FHN-nin Zığdakı Modul Tipli Hospitalından evə buraxılıdğını, hazırda səhhətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, E.Rəhimova koronavirusa (COVID-19) yoluxmuşdu.