• 23 Aprel 2024
logo
Dünyada son sutkada koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 589 677nəfər koronavirusa yoluxub, 11 127 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 773 940 yoluxma hadisəsi, 3 375 573 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (304 988) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (172 613) ilə Avropa (65 461) bölüşür.