• 15 Oktyabr 2019
logo
add image
İrandan Türkiyəyə dəstək gəldi – Gözlənilməz

İrandan Türkiyəyə dəstək gəldi – Gözlənilməz

ABŞ Suriya ilə əlaqəsi olmayan işğalçı qüvvədir. Birləşmiş Ştatların Suriyada olması üçün nə icazəsi, nə də ona olan etibarı var. Suriyada terrorizmlə mübarizə və sülhün təmin olunması sadəcə o ölkənin ərazi bütövlüyünə və xalqına hörmətlə mümkündür.
Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın hərbçilərini Suriyadan çəkməsi qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Adana müqaviləsi Türkiyə-Suriya əlaqələri üçün çərçivə formalaşdırıb: “Kömək etməyə hazırıq”.
Xatırladaq ki, Zərif daha əvvəl bəyan etmişdi ki, Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz.