• 29 Mart 2024
logo
Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

Hindistanın qərb sahillərindən gələn “Tauktae” tropik qasırğası ölkə ərazisində fəsadlar törədib.

APA “Times of India” qəzetinə istinadən xəbər verir ki, qasırğa azı 8 nəfərin ölümünə səbəb olub.
Bundan başqa ölkə infrastruktruna ciddi ziyan dəyib, elektrik dirəkləri və bir çox ağaclar kökündən çıxıb, minlərlə insan işıqsız qalıb.

165 km / saat sürətlə şimala doğru irəliləy qasırğa Ərəb dənizinin şərq-mərkəzi hissəsində - Kerala, Karnataka, Maharaştra və Goa əyalətlərini də vurub.

Bölgə səlahiyyətliləri, təxminən 150 min insanı təhlükəsiz ərazilərə təxliyə edib. Təcili yardım xidməti və ordu hazır vəziyyətə gətirilib.