Roma Papası Fransisk İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Cavad Zərif İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşüb.
Görüşün detalları barədə məlumat verilməyib.