• 3 Dekabr 2021
logo
İranda 5.5 bal gücündə zəlzələ olub

İranda 5.5 bal gücündə zəlzələ olub

İranda 5.5 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Şimali Xorasan əyalətinin Sənxast şəhərində qeydə alınıb.
Zəlzələ yerin 16 kilometr dərinliyində, yerli vaxtla saat 03:34-də baş verib.

Zəlzələ nəticəsində evlərə ziyan dəyib. Hələlik xəsarət alanlar barədə məlumat açıqlanmayıb.