• 28 Noyabr 2021
logo
Kanadada silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Kanadada silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA yerli “CBC” telekanalına istinadən xəbər verir ki, insident şəhərin qərb hissəində baş verib.

Naməlum kişi avtomobildən düşərək digər avtomobildə olan insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Atəş zamanı güllələrdən biri yaxınlıqdakı evlərdən birinə dəyib, lakin xəsarət alan olmayıb.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.