• 28 Noyabr 2021
logo
Çin peyvəndi dünyada ən yüksək nəticə göstərir

Çin peyvəndi dünyada ən yüksək nəticə göstərir

Çinin Sinovac Biotech Ltd. Şirkətinin istehsalı olan eyni adlı peyvəndin İndoneziyada tibb işçiləri arasında COVİD-19 virusunun yayılmasının qarşısını tamamilə alması, klinik sınaqlarda Qərb vaksinlərindən dəfələrlə aşağı nəticə göstərən və mübahisəyə səbəb olan SinoVac vaksininə olan ümidləri artırıb.

“İndoneziya yanvar-mart aylarında paytaxt Cakartada 128290 tibb işçisinin üzərində müşahidə aparıb və məlum olub ki, Sinovac peyvəndinin ikinci dozasının tətbiqindən cəmi bir həftə sonra yüksək nəticə əldə olunub. Sinovac onların 98%-ni ölümdən, 96%-ni isə xəstəxanaya yerləşdirilməkdən xilas edib”.

Bu barədə İndoneziya Səhiyyə Nazirliyinin rəsmisi, tibb işçiləri arasında aparılan tədqiqatdan məsul Panci Devantara mətbuat konfransında məlumat verib.

Devantara həmçinin qeyd edib ki, müşahidə altında olan tibb işçilərinin 94%-də COVİD-19-un bütün simptomlarından müdafiə olunublar və bu yekun nəticədir.

İndoneziyanın Səhiyyə naziri Budi Qunadi Sadıkin daha öncə Blomberg agentliyinə müsahibəsində 25374 tibb işçisi üzərində aparılan tədqiqatların nəticəsini açıqlayıb və Sinovac-ın ölümdən 100% qoruduğunu vurğulayıb.

“Biz tibb işçiləri arasında ölüm və xəstəxanaya yerləşdirilmə hallarının çox, həm də lap çox azaldığını müşahidə edirik,” – deyə Səhiyyə naziri bildirib.

İndoneziyada SinoVac peyvəndinin koronovirusun hansı ştammına qarşı effektiv olduğu məlum olmasa da, ölkədə COVİD-19-un bu və ya digər növünün kütləvi yayılması da qeydə alınmayıb.

Braziliyadan alınan son məlumatlar da təsdiq edir ki, Sinovac peyvəndi test mərhələsində olduğundan daha yüksək effektivlik nümayiş etdirib.

Sinovac peyvəndi ilə bağlı real nümunələr sübuta yetirir ki, pandemiyanın qarşısının alınması və yeni dalğanın baş verməməsi üçün insanların böyük əksəriyyəti peyvənd olunmalıdır. Səhiyyə infrastrukturu zəif olan və peyvəndin əlçatanlılığını təmin edə bilməyən inkişafda olan ölkələr isə bunu tez bir zamanda həyata keçirmək imkanına malik deyillər. Tətqiqatların məntiqi nəticəsi onu deməyə əsas verir ki, pandemiyanın qarşısının alınması üçün vaksinləşmə taha sürətlə həyata keçirilməlidir.

Qeyd edək ki, İndoneziyada tibb işçiləri üzərində Sinovac peyvəndinin tətbiqindən sonra aparılan müşahidə və Braziliyanın 45 min nəfər əhalisi olan Serrana şəhərində vaksinləşdirmənin tam həyata keçirilməsindən sonra əldə olunan nəticə, ciddi xəstəlik və ölüm hallarının minimuma endiyini göstərir.

Tərcümə: BayMedia

Mənbə: https://www.bloomberg.com/news/articles/2021-05-11/china-s-sinovac-shot-found-highly-effective-in-real-world-study