• 20 Aprel 2024
logo
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır

Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır

ABŞ Əfqanıstandan qoşunların çıxarılmasına başladıqdan sonra Taliban hərəkatından ehtiyyat edərək ölkədə qalan hərbçi kontingentin sayını açıqlamayacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidmətinin açıqlamasında deyilir.
Qurumnan vurğulanıb: "Qoşunların çıxarılması davam edərkən, amerikan təmsilçiləri Əfqanıstandakı hərbi kontingentin sayını açıqlamamağda diqqətli olacaqlar, əks halda Taliban vəziyyətdən müəyyən dərəcədə xəbərdar olar".