• 3 Oktyabr 2022
logo
Moskvada qaynaq sexində güclü yanğın olub, 5 nəfər ölüb - VİDEO

Moskvada qaynaq sexində güclü yanğın olub, 5 nəfər ölüb - VİDEO

Moskvanın Mıtişi rayonunda qaynaq sexində baş verən güclü yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb. APA Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verir ki, bir nəfərin yanmış cəsədi alov söndürüləndən sonra tapılıb. Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.