• 2 Oktyabr 2022
logo
Gürcüstanda peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub

Gürcüstanda peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulmuş 300-dən çox şəxsdə xəstəliyə yoluxma təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Amkrelidze bildirib.
Onun sözlərinə görə, COVID-19-a yoluxanların əksəriyyəti xəstəliyi yüngül formada, bir çox hallarda isə asimptomatik keçirib.

Qeyd edək ki, Gürcüstanda martın 15-də başlayan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinləri tətbiq edilir.