• 4 Oktyabr 2022
logo
Rusiyada son sutkada COVID-19-dan 377 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 377 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8386 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 863 514 nəfərə çatıb.

Son sutka ərzində 377 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 112 622 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.