• 26 Sentyabr 2022
logo
Meksikada matəm elan edildi

Meksikada matəm elan edildi

Meksikada metro körpüsünün çökməsi nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Andres Manuel Lopes Obrador sərəncam imzalayıb.

Sənəddə deyilir: "Mayın 3-də Mexiko şəhəri metrosunun 12-ci xəttindəki <...> faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi".

Xatırladaq ki, Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində 24 nəfər ölüb, 27 nəfər xəsarət alıb.