Venesuelada yetkinlik yaşına çatmayan 55 məhbus paytaxtı Karakasda yerləşən saxlanılma yerindən qaçıb.
Bu barədə Meksikanın “Televisa” telekanalı məlumat yayıb.
Bildirilib ki, onlar saxlama mərkəzdən ətrafa çıxışı olan tunel vasitəsilə qaçıblar. Hazırda onların yaxınlığındakı Primero de Mayo rayonunda gizləndiyi bildirilir.
Lakin rəsmi qurumlar qaçış barədə məlumatı hələlik təsdiq etməyib.
Qeyd edək ki, aprelin sonunda oxşar hadisə Karabobo ştatının Karlos Arvelo rayonunda baş vermişdi. Həmin vaxt 30 məhkum qazılmış tuneldən istifadə edərək həbsxananı tərk etmişdi.