• 1 Aprel 2023
logo
Rusiya-Monqolustan sərhədində zəlzələ baş verib

Rusiya-Monqolustan sərhədində zəlzələ baş verib

Rusiya-Monqolustan sərhədində 5.5 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Rusiyanın Anqarsk şəhərindən 269 km cənub-qərbdə və Monqolustanın Turt yaşayış məntəqəsindən 23 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb.

Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.