• 28 Noyabr 2021
logo
Baydenin prezidentlik dövrü ərzində amerikalı milyarderlərin sərvəti 195 mlrd. dollar artıb

Baydenin prezidentlik dövrü ərzində amerikalı milyarderlərin sərvəti 195 mlrd. dollar artıb

Co Baydenin ABŞ-ın Prezidenti kimi fəaliyyət göstərdiyi 100 günlük müddət ərzində ölkənin ən zəngin 100 milyarderi sərvətlərini 195 mlrd. dollar artırıblar.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, 30 aprel tarixinə ABŞ-ın ən zəngin 100 milyarderinin ümumi sərvəti 2,9 trln. dollara çatıb ki, bu da Baydenin inauqurasiya (20 yanvar) tarixindən bəri 195 mlrd. dollar çoxdur.

Artımın əsas səbəbləri kimi, COVID-19-a qarşı vaksinasiyanın geniş yayılması və pandemiyanın səngiməsi fonunda birjalardakı artım göstərilir. Əsas birja indeksləri fevral ayından bəri dayanmadan yüksəlir və ard-arda rekordları yeniləyir. Belə ki, "Dow Jones" və "S&P 500" iki aya artıq 10%-dən çox artıb.