• 8 Dekabr 2021
logo
Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri Elbrusda tapılıb

Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri Elbrusda tapılıb

Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri xilasedicilər tərəfindən Elbrus dağında tapılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Şimal yamacdan Elbrusa qalxan bələdçi və alpinistlərdən ibarət qrupun aprelin 21-də Azau düşərgəsinə getdiklərini bildirilib.

Sonuncu dəfə onlarla aprelin 17-də əlaqə saxlanılıb. Alpinistlər zirvədən 200 metr məsafədə olduqlarını bildirmişdilər.