• 6 Dekabr 2024
logo
KTMT: Tacikistanla Qırğızıstan arasında münaqişə sülh yolu ilə həll olunmalıdır

KTMT: Tacikistanla Qırğızıstan arasında münaqişə sülh yolu ilə həll olunmalıdır

“Tacikistanla Qırğızıstan arasında münaqişə sülh yolu ilə həll olunmalıdır”.

APA “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bəyan edib.

O bildirib ki, təşkilat baş verənləri diqqətlə izləyir və təhlil edir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olaraq hesab edirik ki, yaranmış münaqişəyə son qoyulmalıdır. Hazırda bu məsələnin sülh yolu ilə nizamlanması üçün bütün mümkün tədbirlər görülür”.

Tacikistanın paytaxtında səfərdə olan KTMT-nin baş katibi sərhəddə yaranmış vəziyyəti Tacikistan və Qırğızıstanın təhlükəsizlik şuralarının rəhbərləri Nəsrulla Mahmudzada və Rıskeldi Musayevlə müzakirə edib.

Qeyd edək ki, Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb. 150 nəfərin isə xəsarət aldığı bildirilir. Qırğızıstan indiyədək 13 500 vətəndaşını münaqişə bölgəsindən evakuasiya edib.