Qarabağda döyüş əməliyyatlarının fonunda maraqlı tərəflər Gürcüstana mümkün qədər zərər vermək üçün bütün vasitələrdən istifadə ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, maraqlı tərəflər Gürcüstana qarşı informasiya müharibəsi açaraq müharibənin ölkə üçün dağıdıcı olmasına çalışıblar.
Q. Liluaşvili vurğulayıb ki, Qarabağ müharibəsi 2020-ci ildə regional kontekstdə Gürcüstanın qarşısında duran ən böyük təhlükəsizlik çağırışı olub və ölkə bunun öhdəsindən müvəffəqiyyətlə gəlib.