• 30 Noyabr 2021
logo
Qırğızıstan-Tacikistan sərhədində atışma: 15 yaralı var

Qırğızıstan-Tacikistan sərhədində atışma: 15 yaralı var

Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, insident sərhədçilər arasında baş verib. Bölgədə olan mülki şəxslər təxliyə edilib.

Hazırda insidentin səbəbləri ilə bağlı araşdırma aparılır.