• 8 Dekabr 2024
logo
ÜST: Avropa əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub

ÜST: Avropa əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub

“Avropa regionunda yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxmanın qeydə alınmasından 462 gün ötür”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge deyib.

O bildirib ki, təsdiqlənmiş yoluxma hallarına görə bütövlükdə Avropa regionunda əhalinin 5,5 faizi hazırda COVID-19 xəstəsidir.

“Artıq region əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub. Bu günə qədər isə 215 milyon doza peyvənd tətbiq edilib. Avropa əhalisinin 16 faizinə və regiondakı 28 ölkənin tibb işçilərinin 81 faizinə peyvəndin birinci dozası vurulub. Nəticədə ölüm halları və xəstəxanaya yerləşdirilmə sayı azalıb”, - deyə H. Kluge vurğulayıb.