• 7 Dekabr 2024
logo
Hans Kluge: ““AstraZeneca”nın effektivliyi ÜST tərəfindən də təsdiqlənib”

Hans Kluge: ““AstraZeneca”nın effektivliyi ÜST tərəfindən də təsdiqlənib”

“COVID-19 infeksiyasının yaratdığı qan laxtalanmaları “AstraZeneca” peyvəndinin səbəb olduğu qan laxtalanmaları hallarından dəfələrlə çoxdur”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge mətbuat brifinqində deyib.

O bildirib ki, hər bir ölkə hansı peyvənddən istifadə edəcəyinə özü qərar verir.

H. Klugenin sözlərinə görə, “AstraZeneca”nın effektiv olduğu ÜST tərəfindən də təsdiqlənib.

“Mən tərəddüd etmədən “AstraZeneca" peyvəndini vurdurardım”, - deyə ÜST rəsmisi vurğulayıb.

ÜST-ün eksperti Oleq Benes isə qeyd edib ki, təşkilata üzv olan Avropa regionundakı ölkələrin çoxu bu peyvəndlə əhalini vaksinasiya ediblər, lakin eyni zamanda, bəzi ölkələr bu peyvəndin vurulması üçün müəyyən yaş həddini tövsiyə edir.