Senat Samanta Poueri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təsdiqləyib.
APA-nın xəbərinə görə, Senatda keçirilən səsvermədə 68 senator onun namizədliyinin lehinə, 26 senator isə əleyhinə səs verib.
Samanta Pouerin namizədliyi Prezident Co Bayden tərəfindən yanvar ayında irəli sürülüb. O, USAID-in 19-cu rəhbəri olacaq.
S. Pouerin andiçmə mərasimi mayın 2-də keçiriləcək.
Qeyd edək ki, Pulitzer mükafatlı jurnalist Samanta Pouer Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki səfiri olub.