Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 883 yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 316 965 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 271 289 nəfəri sağalıb, 3 621 nəfəri isə vəfat edib.